Türkiyənin İzmir şəhərində koronavirusda qalib gələn 34 yaşlı iş adamı evə göndərildikdən sonra 14 gün ərzində keçirdiyi çətinliklərdən danışıb.
Teleqraf.com xəbər veri ki, türkiyəli Oğuzxan Yarın iki övlad atasıdır. İmmunitet zəifliyi və öskürək səbəbi ilə həkimə müraciət edib, onun koronavirus testi pozitiv çıxıb.
O karantində qalmalı olduğu üçün xalasının dəfn mərasiminə gedə bilmədiyini deyib: "Diaqoz qoyulduqdan sonra 5 gün vəziyyətim ağır oldu, müalicə aldım, 6-cı gün test nəticəm mənfi çıxdı. 14 gün müddətində karantində qalmağım üçün evə göndərdilər. Xəstəxanada olanda xalamı itirdim. İndi ailəmdən kiməsə nəsə olsa, gedə bilməyəcəm. Xahiş edirəm, evdən çıxanda diqqətli olun, qaydalara əməl edin. Düşmənin adı var, özü yoxdur. Buna görə hər birimiz ehtiyatlı ola ".