Evdə qalmaq rejiminə əməl etmək lazımdır. DİN-in məlumatlarından da görünür ki, xüsusi karantin rejimi pozma halları artır.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:
"Bir gün ərzində 3073 qayda pozuntusu qeydə alınıb. Şəhərdə kifayət qədər avtobus var, lakin pik saatlarda sıxlığın olması vətəndaşlardan asılıdır. Avtobuslar karantin rejimində işləyənQanunsuz əhaliyə uyğun hesablanıb.
Qanunsuz olaraq saxta vəsiqələrlə kiminsə küçəyə çıxmasına şərait yaradılarsa, cəzası olacaq".