Yazıçı Şərif Ağayarın yeni kitabı çap olunacaq.
Teleqraf.com xəbər verir ki, “Qanun” nəşriyyatında çap olunacaq kitabın adı “Arıların səssizliyi” adlanır.
Kitabda müəllifin ayrı-ayrı dövlərdə yazdığı 20 hekayəsi yer alacaq. Bura “Şəkil”, “Cəfər əmimin yolları”, “Arıların səssizliyi” kimi tanış hekayələrlə yanaşı, yeni nümunələr də daxildir.
Müəllifin ilk qələm təcrübələrindən olan “Kərpickəsən kişinin dastanı” və “Xürrəm” uzun hekayələri də yeni redaktədə təqdim olunub.