Dünən xaricdə təhsil alan 20-dən çox mütəxəssisimiz xüsusi təyyarə ilə Türkiyədən Azərbaycana gətirilib. Onlarla bağlı xüsusi proqram hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.:
"Bununla bağlı sabahkı brifinqində məlumat veriləcək".
O qeyd edib ki, 6 modul tipli xəstəxanalar hazırlanıb. Onlardan 4-ü dövlət hesabına təmin olunur.