15 Aprel 2020 18:26
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaydalara əməl olunmasına nəzarət DİN-ə tapşırılıb. Lakin sosial məsafəyə əməl etmək vətəndaşların da öhdəliyidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

"Məsələn, insanların banka getməsinin qarşısını almaq çətindir və bu iş zərurətdir. Belə məqamlarda sosial məsafəni bank işçiləri nəzarətdə saxlamalıdır".

O qeyd edib ki, son günlər vətəndaşlarda yalan xəbərləri dəqiqləşdirmək vərdişi formalaşıb: "Son günlərin hadisələri göstərir ki, insanlar yalan məlumatlara inanmırlar. Bu hallar nəzarətdədir. Hüquq-mühafizə orqanları bununla bağlı tədbirlər görür".

Ramin Bayramlı əlavə edib ki, vətəndaşlar yalnız rəsmi mənbələrə inansınlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər