Dünyada epidemioloji gərginlik müşahidə olunur. Yoluxmalarda xeyli artım müşahidə edilib. Bunun qarşısını almaq üçün ölkə rəhbərliyi tərəfindən ciddi karantin tədbirləri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib:
"Bu tədbirlərlə yanaşı, paralel olaraq diaqnostik imkanların çoxalması, xəstələrlə təmasda olan şəxslərin aşkarlanması ilə yoluxmaların sayı azalıb. Çoxlu sayda xəstənin olması, onların müalicəsinin mümkün olmaması ciddi problemlərə səbəb ola bilərdi"
O qeyd edib ki, testlərin nəticəsi göstərir ki, bizdə yoluxma halları azalıb: "Xəstələrin 64 faizi sağalıb. Bu nəticələr ciddi karantin tədbirlərinin mərhələlərlə azaldıla biləcəyini göstərdi. Bundan sonra vətəndaşlar qaydalara riayət etsələr, biz bu xəstəliklə mübarizəmizi tamamlaya bilərik".
Viktor Qasımov bildirib ki, bu tədbirlər yumşaldıqdan sonra, xəstəliyə yoluxma halları artarsa, qaydalar sərtləşdirilə bilər.