Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Rövşən Rzayev aprelin 28-də növbət videoqəbul keçirib.
Komitə sədri əvvəlcədən
növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib,
suallarını cavablandırıb.
Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış
sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq
məsələləri ilə bağlı olub.
Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev
məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir.
Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində
ədalət və şəffaflıq təmin edilir. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan
vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım
Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi
köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam
etdirilir.
Videoqəbul dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan
40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.
Qeyd edək ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər
vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055
900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn
rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə
üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini
bildirməlidir.
Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng
edilməklə aparılır