15 ildir ÜST üçün çalışıram və heç zaman indiki kimi təşkilatımla qürur duymamışam.
Teleqraf.com xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı rəhbəri Hande Harmancı media üçün keçirilən onlayn videokonfrans zamanı ÜST-ün son zamanlar tənqidlərə məruz qalması haqda danışarkən deyib.
Onun sözlərinə görə, ÜST çox qısa zamanda xəstəliyə reaksiya verdi və mübarizə əzmini ortaya qoydu:
“Bu kimi təşkilatların tənqid olunması çox normaldır. Hər ilin may ayında ÜST-ün 194 üzv ölkəsinin iştirakıyla Cenevrədə bir həftə boyunca bütün məsələlər, o cümlədən iqtisadi məsələlər müzakirə olunur. Tarixdə ilk dəfə bu, onlayn baş verəcək.
ÜST ona maliyyə yardımı göstərən hər bir ölkəyə ilin yekununda öz hesabatlarını təqdim edir və şəffaflığını qoruyur. Dəyərləndirmə hesabatımız öz saytımızda var. Maraqlananlar daxil olub baxa bilər”.
ÜST-ün rəhbərinin dəyişdirilməsi ehtimalı haqda danışan Hande Harmancı rəhbərin bütün ölkələr tərəfindən seçki vasitəsilə seçildiyini açıqlayıb: “Ölkələrin verdiyi səslərlə seçilən ÜST rəhbərini yalnız bir ölkə rəhbərinin dəyişməsi mümkün deyil”.