1 May 2020 17:34
2 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əldə edilən nəticələrin qorunması üçün ərazilər üzrə yumuşaldıma tədbirləri həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: "Aktiv yoluxma halları xüsusilə Gəncə, paralel olaraq Lənkəran şəhərlərində qeydə alınıb. Bu bölgələr Bakı və Sumqayıt şəhərləri kimi narıncı zona olaraq qeyd olunub.

Aprel ayının 26 gündə Gəncədə 101 yoluxma faktı qeydə alınıb. Samux və Göygöldə 15 yoluxma faktı qeydə alınıb".

Ramin Bayramlının sözlərinə görə, narıncı zonadan sarı zonaya gediş-gəlişlə bağlı qadağa qalır: "Qeyd olunan rayonlardan paytaxta gediş-gəliş qadağası qüvvədədir.

İş yerləri paytaxtda olanların rayonlardan paytaxta gəlməsinə icazə verilir. Bu barədə heç bir məhdudiyyət yoxdur. Kütləvi tədbirlər bağlı qadağalar isə qüvvədədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər