1 May 2020 18:18
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyası aşkar olunmayan rayonlar var. Lakin onlara qonşu rayonlarda risk davam edərsə, həmin rayonları da sarı zonaya daxil edirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Əgər ətraf rayonlarda yoluxma faktı qeydə alınmasa, həmin zonanı yaşıl zona kimi qeyd edə bilərik. Bu, tək bir rayondan asılı deyil. Ətraf dedikdə bir neçə rayon, bölgənin statistikası nəzərə alınır.

Bu, hər bölgə üzrə apardığımız epidemioloji statistikaya görə dəyişir".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə vətəndaşları ictimai nəqliyyatda qaydalara riayət etməyə çağırıb: "İctimai nəqliyyatda qoruyucu vasitələrdən istifadə məcburidir. Yaxın günlərdə nələrin məcburi olması, kimlərin nələrə mütləq əməl etməsi barədə qaydalar yayımlanacaq"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər