Baxmayaraq ki, marşrut avtobuslarına posterlər yapışdırılıb, lakin sərnişinlər xəbərdarlıq yazılarının üzərinə əyləşirlər. Sürücünün vəzifəsi nəqliyyat vasitəsini idarə etmək və sərnişinlərin təhlükəsizliyidir, o bu işlərə nəzarət edə bilmir.
Teleqraf.com xəbər verir ki, bu sözləri BNA-nın sədri Vüsal Kərimli Operativ Qərargahın brifinqində deyib:
"Biz hər avtobusa bir polis əməkdaşı qoya bilmərik. Sərnişinlər məsuliyyəti dərk etməlidirlər".
O qeyd edib ki, yeni gələn avtobuslar texniki yoxlamadan keçdikdən sonra qəsəbələr arası və qəsəbələr ətrafı marşrutlara təqdim ediləcək.