Martın 19-da prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizə Fondu yaradılıb. Bu günə qədər fonda 113 milyon manatdan artıq vəsait yaradılıb.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Fondun vəsaitlərinin xərclənməsinə nəzarəti təşkil etmək üçün ictimai nəzarət şurası yaradılıb. Burada 3 tərəf - İcra hakimiyyəti, Nazirlər Kabineti və Milli Məclisin nümayəndələri təmsil olunub. Bu gükü toplantıda vəsaitlərin xərclənməsi istiqamətləri müzakirə olundu".