7 May 2020 15:42
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu tutduğu vəzifədən azad olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Məhəmməd Vilyam oğlu Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Məhəmməd Hacıyevin işdən çıxarılması təsdiləyiblər.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və Vilyam Hacıyev həbs edilib.

Qeyd edək ki,Məhəmməd Hacıyevin işdən çıxmağını ilk dəfə Unukal.org yayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər