Sərnişin sıxlığı ilə bağlı vətəndaşlara müraciət etmişik. Düşünürük ki, sabah qeyri-iş günü olduğu üçün sərnişin sıxlığı olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri "Bakı metropoliteni" QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın brifinqində deyib.
O əlavə edib ki, sıxlığı nəzərə alaraq qatarların qrafikində ciddi dəyişiklik ediləcək.
Zaur Hüseynov əlavə edib ki, sosial məsafə saxlanılmadığı təqdirdə infeksiyaya yoluxanların sayı artacaq.