9 May 2020 17:38
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizə məqsədilə bayram günləri və həftə sonlarında ölkə ərazisində məhdudiyyətlərin tətbiq olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edə bilərik.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu, yoluxma hallarının artmasının qarşısını almaq üçündür.

“Biz ölkə ərazisində yoluxma hallarını yaxından izləyirik və vəziyyətə uyğun addımlar atılacaq”, - TƏBİB sədri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər