Əvvəlki yaşayış tərzimizə qayıtdığımızı qətiyyən düşünməməliyik.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Sərt karantin rejimində həyatı davam etdirmək mümkün deyil. Lakin qaydalara əməl etmək olar və lazımdır. Bu xəstəliyin daşıyıcıları aramızda olduğu üçün diqqətli olmalıyıq. Sosial qaydalara əməl etmək vacibdir. Sosial məsafənin gözlənilməsi və tibbi maskadan istifadə qorunma üçün kifayət etmir".
O əlavə edib ki, son dövrlərdə çarter reysləri ilə ölkəmizə gələnlərdə yoluxma 20 faiz təşkil edir: "Ölkəyə vətəndaşlarımızın gətirilməsi davam edəcək. Onlar karantin müəssisələrinə yerləşdiriləcək və müalicələri davam etdiriləcək. Eyni zamanda bir sıra qadağalar qüvvədədir. Vətəndaşlardan bu qaydalara riayət etmələri tələb olunur".