18 May 2020 17:59
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşayıb, rayonda işləyənlər iş yerlərinə gedə bilərlər. Eyniylə rayonda olub, işi Bakıda olanlar paytaxta qayıda bilər. Burada heç bir məhdudiyyət yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

"Koronavirusla mübarizə dövründə koronavirusa təhlükəsi ilə bağlı itkiyə məruz qalmış sahələrə yardım edilməsi barədə qanun var. Həmin sahələrə yardım göstərilir" .

O əlavə edib ki, Naxçıvan-Bakı reysinə qoyulan məhdudiyyət gediş-gəlişin hansı formada aparılmasından asılı deyil: "Zəruri hallarda Bakı-Naxçıvan arasında gediş-gəliş həyata keçirilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər