Abşeron yarımadasında yaşıllaşdırma 100 il əvvələ qədər yox idi. 70-ci ilərin əvvəlində bölgənin intensiv yaşıllaşdırılmasına başlandı.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, yaşıllaşdırma prosesi bu gün də davam edir: "Burada təkcə dövlət orqanlarının deyil, sadə vətəndaşların da iştirakı vacibdir. Ağacların təkcə əkilməsi yox, onlara qulluq da diqqət tələb edir".