3 Oktyabr 2014 12:09
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pedaqoji Universitetdə cəmi 4 tələbə bu ada layiq görülüb

Təhsil naziri Mikayıl Cabbarov “Pedaqoji kadr hazırlığı aparılan alı təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” əmr imzalayıb.

“Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.

Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.

Bakı Dövlət Universitetidə 142, Azərbaycan Dilər Universitetində 53, Naxçıvan Dövlət Universitetində 34, Qafqaz Universitetində 31, Gəncə Dövlət Universitetində 21, Azərbaycan Müəlimlər İnstitutunda 9, Azərbaycan Dövlət Pedaqoji Universiteti 4, Lənkəran Dövlət Universitetində 2, Sumqayıt Dövlət Universitetində 2, Xəzər Universitetində 2 tələbəyə “Gələcəyin müəllimliyi təqaüdü” şamil olunub.

SEVİL


Müəllif: