25 May 2020 23:37
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli 15 sutkalıq həbs olunub.

Teleqraf.com musavat.com-a istinadən xəbər verir ki, Faiq Əmirli Ramazan bayramı ilə əlaqədar olaraq Sabirabad rayonuna valideynlərinin qəbrini ziyarət etməyə gedib.

Onun ictimai qaydaları pozduğuna görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, aprel ayının əvvəlində F.Əmirli karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci madəsi ilə ittiham edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər