29 May 2020 18:36
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin qaydalarının yumşaldılması beynəlxalq təcrübəyə əsaslanır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bundan sonrakı həyatımızda sosial məsafə saxlamalı, qoruyucu vasitələrdən istifadə etməliyik. Maskalara tələbat artarsa, maskaların evdə hazırlanması ilə bağlı təlimat hazırlanıb. Bu vərdişləri öyrənərək, maska hazırlanması ilə bağlı bəhanələr gətirilməməli, qaydalara riayət olunmalıdır".

O qeyd edib ki, əgər yoluxma hallarında statistik göstəricilər arzuolunan istiqamətdə getməsə, müəyyən rayonlarda qaydalar sərtləşdirilə bilər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər