1 İyun 2020 16:04
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, Fərmana əsasən, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.

Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilir və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılır ki, “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsünlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılır və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyasını təmin etsinlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət İmtahan Mərkəzinə, İpoteka və Kredit Zəmanət Fonduna, Milli Depozit Mərkəzinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azəriqaz” İstehsalat Birliyinə tapşırılır və Azərbaycan Respublikasının Mərkəzi Bankına, İcbari Sığorta Bürosuna, Azərbaycan Kredit Bürosuna tövsiyə edilir ki, bu Fərmanla təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 11.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat versinlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə “Elektron məhkəmə” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər