190 manatla bağlı məsələ hazırda gündəmdə deyil.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Hazırda bütün iş yerləri fəaliyyət göstərir və yalnız həftə sonları qapanma tədbirləri həyata keçirilir. Bu səbəblə 190 manat birdəfəlik müavinəti ödənilməsi müzakirə olunmur".