4 İyun 2020 23:42
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva teatrşünas-tənqidçi, Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri Anar Burcəliyevlə görüşərək onunla fikir mübadiləsi aparıb.

Teleqraf.com xəbər verir ki, teatrşünas yeni nəşr olunan kitablarını ona təqdim edib.

Görüşdə region teatrlarında yaradıcılıq məsələləri, cari repertuar siyasəti, kadr potensialının çatışmamazlığı eləcə də yeni gənc kadr heyətinin cəlb edilməsi, Bədii şuraların fəaliyyəti, rejissor və aktyor mübadiləsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Anar Burcəliyev müzakirə edilən məsələlər ətrafındakı təkliflərini millət vəkilinin diqqətinə çatdırıb.

Görüşdə Qənirə Paşayeva Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər