5 İyun 2020 11:45
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra aşağıdakı şəxslərin namizədliyi təsdiq olunub:

Əliyev Adil Abış oğlu – Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,

Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirbəşir oğlu Elşad – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirzəyev Səfa Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.


Müəllif: Teleqraf.com