7 İyun 2020 12:33
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fiziki məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir.

Teleqraf.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ də, virusa inanmayanlar var: "Ancaq mən əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacaq".

Ramin Bayramlı bildirib ki, son günlər koronavirus xəstələrinin vəziyyəti ağırlaşır: "Əvvəllər xəstəliyi siptomsuz keçirənlər, 7 günün tamamında sağalma başlayırdı. İndi isə yoluxmanın sayı artır və virusun, sanki mutasiyası da artır. Artıq nəinki 7-ci günün tamamında, 14 hətta 21-ci günün tamamında da xəstəlik davam edir, testlər pozitiv çıxır".

TƏBİB sədri qeyd edib ki, ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir: "Bir çox insanlarımız evdə özünü müalicə etməyə çalışır. Bu infeksiyaya soyuqdəymə, adi qrip kimi yanaşanlar çox ağır vəziyyətdə olanda bizə müraciət edir".

TƏBİB sədri insanları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.

Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər