Bütün təxliyə planları Operativ Qərargah və xarici konsulluqlarla müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Operativ Qərargahın bu günükü brifinqində deyib:
"Bütün aviaşirkətlərin təxliyəni həyata keçirmək imkanı var".
TƏBİB Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, hazırda qəbul olunan qaydalar ölkə daxili uçuşlara aiddir: "Sərnişinlər hava limanında müayinədən keçirilib, ev karantininə yola salınacaqlar"