Azərbaycan ərazisində bilet almış şəxslər onu Azərbaycan Hava Yollarından yeni biletlərinə dəyişdirə biləcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
Onun sözlərinə görə, biletlər vauçer şəklində qaytarıla bilər:"Əgər vətındaşlar vauçer almağa razılaşmasalar, Azərbaycan Hava Yolları beynəlxalq uçuşlar açılandan 60 gün sonra biletin məbləğinin geri qaytarılması nəzərdə tutulur".
Eldar Hacıyev səfərdən qayıdanların karantində saxlanması məsələsinə də münasibət bildirib:"Bütün sərnişinlər qayıtdıqdan sonra 48 saat qüvvədə olan COVİD-19 arayışı ilə almalıdırlar, bu zaman karantində qalmağa ehtiyac olmayacaq. Ola bilər ki, çarter uçuşlarına da bu tətbiq olunsun".