13 İyun 2020 13:43
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Azərbaycan və Ermənistan üzrə məruzəçilər xanım Jelyana Zovko və cənab Trayan Basesku birgə bəyanatla çıxış ediblər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, bu sənəd erməni Baş nazirin Qafan–Hadrut avtomobil yolunun tikiləcəyi haqqında ictimaiyyətə açıqladığı layihənin sülhə və sabitliyə xidmət etmədiyini təsdiq edir:

"Buna görə də AP çərçivəsində fəaliyyətləri bilavasitə Cənubi Qafqaz regionu ilə bağlı olan AP rəsmiləri – AP-nin Cənubi Qafqaz ölkələri üzrə PƏK həmsədri xanım M. Kalyurand, Azərbaycan üzrə məruzəçi xanım Jelyana Zovko və Ermənistan üzrə məruzəçi cənab Trayan Basesku birlikdə bəyanat verərək Paşinyanın növbəti təxribatına öz etirazlarını bildiriblər.

Azərbaycanın işğal edilmiş Qubadlı və Cəbrayıl rayonlarından keçməsi nəzərdə tutulan bu yolun tikintisi üçün torpaqların sahibindən –Azərbaycandan icazə alınmaması beynəlxalq qanunlara ziddir".

Politoloq hesab edir ki, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsində Azərbaycanın atdığı addımlar bu gün öz effektiv nəticələrini verməkdədir:

"Bu hal Avropa İttifaqı timsalında özünü yenidən qabarıq şəkildə büruzə verdi. Avropa bir daha açıq mətnlə Ermənistanın işğalçı olduğunu bildirərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdi.

Eyni zamanda, Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Bəyanatda həmçinin Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir. Bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi mövqeyi var. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru, Ermənistanın isə diplomatik cəbhədə daha bir məğlubiyyəti və iflası oldu".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər