16 İyun 2020 17:46
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qərar verilib.

Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı “Lider Xəbər” Departamentinin Sosial və Mədəniyyət redaksiyasının rəisi Aynur Vəliqızı ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bu sözləri deyib: "Xəbərlər proqramı hər gün efirdədir. Öz işimin başındayam. Bizə heç bir tapşırıq verilməyib. Hüquqi tərəfdən baş verənləri isə saytlardan oxuyuram. Bu haqda məlumatlı deyiləm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər