1 saylı Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək. KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib.
Bu barədə TƏBİB-dən Teleqraf.com-a məlumat verilib.
Məlumatda bildirilir ki, xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə başqa xəstəxanalara köçürüləcək.
Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər.