18 İyun 2020 09:56
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 12 pandemiya xəstəxanasının adları açıqlanıb.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, bu xəstəxanaların ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir.

Həmin xəstəxanalar aşağıdakılardır:

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası, Göyçay RMX, Salyan RMX, Xızı RMX, Qusar RMX, Ucar RMX, Saatlı RMX, Zərdab RMX, Gəncə Dəmiryol Xəstəxanası hazırda pandemiya xəstəxanası kimi fəaliyyət göstərir.

Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər