28 İyun 2020 21:26
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu geyimi geyinib, bu qapıdan içəri girən kimi aldığın nəfəsin sənin üçün nə qədər önəmli olduğunu daha yaxşı anlayırsan.

Hər halda ən yaxşı anlayanlar isə elə bu virusa yoluxanlardır.

Artıq hamıya məlumdur ki yoluxanlar arasında tibb işçiləri də var. Onlar belə bir dövrdə əvvəl başqaları üçün çalışırdılarsa indi isə öz nəfəsləri üçün, öz sağlamlıqları üçün mübarizə aparırlar. 10 ildir bu sahədə çalışan 55 yaşlı Qızxanım Qəniyeva da həmin şəxslərdəndir.

Artıq virusun mutasiyası baş verir. İndiki xəstələr daha çox ağırlaşırlar. Bu gün cavan, orta yaşlı, qoca demədən hər kəsdə xəstəliyin daha ağır fəsadlarını, ağciyərlərində ikitərəfli pnevmaniyalar müşahidə edilir.

Ola bilər ki, bu dəqiqə burada yatan bu xəstələrin bəziləri bu virusa inanıb bəziləri inanmayıb. Burada əsas rol inanıb inanmamaqda deyil. Bəziləri düşünür ki, əşi bu virus olsa da məni tutan deyilki....Bəs tutsa???

Teleqraf.com Real Tv-nin ATU Tədris Terapevtik klinikasında koronaviruslu xəstələr barədə hazırladığı süjeti təqdim edir:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər