30 İyun 2020 19:24
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokada şəraitindədir və pandemiya dövründə bu blokada özünü daha sərt şəkildə göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bakı-Naxçıvan arasında təyyarə reysləri təşkil olunur. Test nəticəsi neqativ olan vətəndaşlar bu reyslərdən istifadə edə bilər. Müraciətlərin çox olması ilə bağlı reyslərin sayı artırılır. Naxçıvan və Azərbaycanda mövcud vəziyyətə əsasən reyslərin təşkili aparılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər