3 İyul 2020 17:31
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda yoluxma statistikasında artım müşahidə olunsa da, karantin rejimi bu sayı stabil saxlamağa kömək edir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Hazırda yoluxma statistikası 20 000-ə yaxınlaşır. Sərt karantin rejimi tətbiq edilməsəydi, yoluxmalar 2 qat artacaqdı. Bu, bizi rahat etməməlidir. Xəstəliyə yoluxma artdıqca, ağırlaşma halları da artır. Sağalanların sayı düşməlidir ki, xəstəxanaların yükü azalsın".

O bildirib ki, ölkə üzrə 55,1 faiz yoluxma Bakının payına düşür. Paytaxtda ən yüksək yoluxma Binəqədi rayonunda müşahidə edilir: 12,8 faiz.

Qurum rəsmisinin sözlərinə görə, hazırda karantin rejimin qaydalarına əməl olunmamasına görə ümumi testlər arasında yoluxma halları 11 faiz təşkil edir:

"Yoluxanların 50-59 yaş arası 21 faiz, 70-79 arası 4 faiz, 0-9 yaş arası 5 faiz, 10-19 yaş arası 6 faiz, 20-29 yaş arası 14 faiz, 30-39 yaş arası 18 faiz, 40-49 yaş arası 15 faiz təşkil edir. Digər ölkələrlə müqayisədə ölkəmizdə qadınlar arasında yoluxmalar daha yüksəkdir, 54 faiz. Bu da yas mərasimlərinə toplaşmaqla bağlıdır. Elə yer var ki, oradan 84 nəfər yoluxma faktı aşkarlanıb.

Ölkə üzrə aktiv yoluxma halı 57 faiz Bakının payına düşür. Sumqayıt 15 faiz, Abşeron 14 faiz, Gəncə 3 faizdir.

Biləsuvar,Astara, Ağcabədi, Yevlax, Şəki, Cəlilabadda yoluxma hallarında artım müşahidə olunur. Bu isə karantin rejiminə davam etdirilməsinin vacib olduğunu göstərir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər