3 İyul 2020 19:26
2 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Abbasov adına Mədəniyyət Sarayının direktoru Xavər Ramazanova bir neçə gün öncə yayılan səs yazısı barədə təkzib yayıb.

Teleqraf.com xəbər verir ki, Xavər Ramazanova Qurban Abbasov adına Mədəniyyət Sarayının direktoru kimi orada fəaliyyət göstərən dərnək və hazırlıq kursları rəhbərləri ilə görüşərək sarayın işini daha da yaxşılaşdırmaq məqsədilə plan hazırlandığını söyləyib.

Xavər Ramazanova qeyd edib ki, sarayın idman zalı o direktor təyin olunmazdan öncə icarəyə götürülüb və təyinatı üzrə istifadə edilməyib:

"Mənim direktor olduğum müddətdən öncə zalı icarəyə götürən Riçad Məmmədov idman müəllimləri cəlb edib və dövlətə məxsus olan əmlakı öz şəxsi mülkiyyəti kimi istifadə edirdi. Sarayımızın kollektivini təhqir və təhdid edir, radikal dini qrupların üzvlərini zala yığılır, gecələr də həmin zalda məşq adı ilə qaranlıq və müəmmalı qanunsuz fəaliyyətlə məşğul olurdu. Mənə onun şantajçı, qeyri-etik hərəkətlər edən və qanunları saymayan biri olduğu deyilmişdi. Həmin şəxsdən törətdiyi əməllərə son qoymağı, dövlətə məxsus olan Mədəniyyət Sarayının zalından ancaq aidiyyatı məqsədlə və qanunun tələbləri çərçivəsində istifadə etməyi tələb etdim. Bütün kollektivin iştirakı ilə Riçad Məmmədovun əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verdim və qanuna uyğun olaraq onun icarə haqqında müqaviləsinə xitam verildi. Riçad Məmmədovun montaj olunaraq yaydığı səs yazısı həqiqəti əks etdirmir. Daha öncə çalışdığım Badamdar Mədəniyyət Evində yerli əhalinin asudə vaxtının əyləncəli keçirilməsi məqsədilə müxtəlif konsert və tədbirlər təşkil etmişəm və bu tədbirlərin xərclər paketini yerli icra hakimiyyəti öz öhdəsinə götürüb. Mən məmur qızı yox, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nurəddin Ramazanovun qızıyam və şəhid övladı olaraq dövlətimdən hər zaman diqqət və qayğı görmüşəm. Bir şəhid qızı kimi şərəf və ləyaqətimi təhqir edən, özünü idmançı adlandıran Riçad Məmmədovun yaydığı uydurma və yalan xəbərləri təkzib edirəm", - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər