8 Oktyabr 2014 18:25
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) və 2 saylı Cəzaçəkmə Müəssisəsinə qısamüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, başçəkmə zamanı BİT-də saxlanılan Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüş keçirilib. Görüş zamanı adı çəkilən şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb.

Bundan əlavə 2 saylı Cəzaçəkmə Müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədov da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı İ.Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsində hər-hansı pis rəftara məruz qalmadığını bildirib.

Qeyd edilib ki, adı çəkilən şəxslərin qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik çərçivəsində tədbir görülməsi üçün Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət olunub.


Müəllif:

Oxşar xəbərlər