Bu gün Tovuz istiqamətində düşmənin hücumunun qarşısını alan zaman qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimova görə Sumqayıt şəhərinin girişində izdiham yaşanır.
Teleqraf.com xəbər verir ki, sakinlər şəhidimizin nəşinin Sumqayıtdakı evinə gətiriləcəyini eşidiblər və şəhərin girişində Polad Həşimovun cənazəsini qarşılamaq üçün toplaşıblar.
Ərazidə xidmət aparan polis əməkdaşları bildirib ki, şəhid general-mayor Polad Həşimov sabah Fəxri Xiyabanda torpağa tapşırılacaq.
/Musavat.com/\