Kraliça Yelizavetin nəvəsi Şahzadə Yelizavet Beatrice bu gün ailə içində təşkil olunan gizli mərasimlə evlənib.
Teleqraf.com xəbər verir ki, İngiltərədə evlənməyə hazırlaşan Şahzadə Beatrice epidemiya səbəbindən may ayında planlaşdırılan toyunu təxirə salmışdı.
Atası Şahzadə Endryu haqqındakı təcavüz iddiaları ilə çətin günlər yaşayan 31 yaşındakı şahzadənin Edoardo Mapelli Mozzi ilə evləndiyi bildirilir.
Məlumata görə, 20 nəfərin qatıldığı mərasim “Windsor” Sarayında reallaşıb. Kraliça Yelizavet və onun əri Şahzadə Filip də iştirak edənlər arasında olub.