18 İyul 2020 15:28
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlıq təhlükəsizliyinə və karantin rejiminin tələblərinə riayət etmək məqsədilə müəyyən olunmuş qaydalara əməl olunması üçün vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər