22 İyul 2020 23:08
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı şair, müəllim və milli-mədəni fəal Bəhmən Nəsirzadə 3 ay azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, Maku Cinayətlər Məhkəməsində işinə baxılan müəllim “böhtan atma və dezinformasiya yaymaq”da ittiham olunur.

Hökmün icrası 3 il müddətinə təxirə salınıb.

Milli fəal daha öncə sözügedən ittihamdan bəraət qazanmışdı. Lakin bəraət hökmü Maku sərhəd alayının komandanı Şirzad Hacızadənin etirazı üzrə ləğv edilib.

Qeyd edək ki, azərbaycanlı müəllim daha öncə İranın təhsil nazirinə məktub yazaraq dərs kitablarında anti-türk və anti-Azərbaycan təbliğatına etiraz etdiyi üçün 2 il Qeydar (Xudabəndə) şəhərinə sürgünə məhkum edilmişdi.

Güney azərbaycanlı milli fəal və tərcüməçi Ruzbeh Piri İranın təhlükəsizlik xidməti tərəfindən Təbrizdə saxlanılıb. Milli fəalın bu gün yaşadığ evdə saxlanıldığı bildirilib. Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə heç bir məlumat yoxdur.

Ruzbeh Piri qardaşı Yaşar Piri ilə ötən noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəalla birlikdə İranın təhlükəsizlik orqanları tərəfindən qanunsuz olaraq saxlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər