Anar Novruzov Kapital Bankdan təxminən 2 il əvvəl kredit götürmüşdü. O borcun da böyük qismini ödəyib artıq.
Bunu Axar.az-a açıqlamasında şəhid Anar Novruzovun banka 12 min manat kredit borcu olması barədə yayılan məlumatlara münasibət bildirən şəhidin qardaşı Sücəddin Novruzov deyib. O bildirib ki, borcun bağışlanması üçün onlar tərəfindən banka rəsmi müraciət edilməyib:
"Adətən bu cür hallarda banklar güzəşt edir. Anar borcun çox hissəsini ödəyib. Qalan borcun bağışlanması üçün banka hansısa bir müraciətimiz olmayıb".
Şəhidin borcunun bağışlanıb-bağışlanmayacağı ilə banka Kapital Banka sorğu göndərilib.
Qeyd edək ki, unikal.org saytı Anar Novruzovun ailəsinin Kapital Banka 12 min manata yaxın kredit borcu olması barədə məlumat yayıb.
Xatırladaq ki, mayor Anar Novruzov Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olub.