26 İyul 2020 17:22
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Nazirliyin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin 16–25 iyulda miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53 880 namizəd qeydiyyatdan keçib.

Onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Müəllif: Teleqraf.com