Rəşad Mehdili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov deyib.
Rəşad Mehdili bu günə qədər Azərbaycan Televiziyası və İctimai TV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.