Məlumatların toplanması və təhlili təkmilləşdirilməlidir. Bununla yanaşı, risk kommunikasiyaları və icmaların cəlb olunması sahəsində işlər təkmilləşdirilməlidir ki, insanlara üzləşdikləri risklərlə bağlı məlumatlar verilsin.
Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün missiyasının üzvü David Novillo Ortiz ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:
"ÜST texniki yardımı göstərməyə davam etdirəcək. Biz Azərbaycanın hazırlıq səviyyəsini və imkanlarını gücləndirəcəyik. Yoluxmanı azaltmaq üçün əsas tədbirlər dəyişməz olaraq qalır. Buna görə də xəstələri təyin edib, izolyasiya etmək və sosial məsafə, gigiyena qaydalarına riayət edib, maskadan istifadə etməlisiniz.
Biz imkan verməməliyik ki, koronavirus səhiyyə sisteminə mənfi təsir göstərsin".