3 Avqust 2020 09:19
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 avqust saat 00:00-dan xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan iki günlük məhdudiyyət başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilən ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 avqust saat 06:00-dək dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər