3 Avqust 2020 17:25
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığı davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu günə qədər Kuba, Türkiyədən ölkəmizə mütəxəssislər dəvət olunmuşdu. Bu gün isə İtaliyadan ölkəmizə mütəxəssis qrupu gətirildi. Yaxın günlərdə isə Çindən mütəxəssislərin gətirilməsi gözlənilir".

O əlavə edib ki, ölkə başçısının təşəbbüsü ilə çağrılan BMT-nin xüsusi sessiyası davam edir:

Qarşıdan gələn dövr ərzində BMT Baş Assambleyasının 75-ci sessiyası baş tutacaq ki, mövzu koronavirusla mübarizəyə həsr olunacaq".


Müəllif: Aysel Azad