Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud şəxslər, rayon gəncləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox qoruyucu maska göndərilib.
Teleqraf.com xəbər verir ki, maskalar millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tekstil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonuna hədiyyə edilib.
Millət vəkili Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün maska taxmaqla bağlı qaydalara əməl etməyə, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə diqqət etməyə çağırıb.