5 Avqust 2020 16:47
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun və iyul aylarında koronavirusa yoluxmuş xəstələrin sayında artım olduğundan bəzi günlərdə Bakıda xəstəxanalarda doluluq səviyyəsi 80-85-ə çatmışdı, lakin regionlarda bu rəqəm 30 faiz olub.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Ölkəmizdə modul tipli 10 xəstəxananın quraşdırılacağını bildirən R.Bayramlı xatırladıb ki, bu günə qədər Prezident İlham Əliyevin iştirakı ilə 5 modul tipli xəstəxana açılıb: “Bakı və Sumqayıtda əhalinin sıxlığı nəzərə alınaraq əlavə müəssisələrin cəlb olunması istiqamətində tədbirlər görüldü. Bu günə qədər ehtiyatların hamısı istifadə edilməyib. Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər