8 Avqust 2020 11:28
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar hələ də risk və təhlükələri dərk etmirlər. Hələ kafe və mağazalar açılmayıb, amma insanlar maskasız, sosial məsafəyə riayət etmədən gəzirlər.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Burada hökuməti günahlandırmaq düzgün deyil. Bizim məqsədimiz insanları evdə saxlamaq deyil. Təəssüf ki, insanlar küçələrə axın etdiyi halda, biz yenidən qapanmalara gedəcəyik. Gəlin, mümkün qədər sıxlıqları azaldaq".


Müəllif: Aysel Azad